Çərşənbə , Noyabr 4 2026
azfa

İran ABŞ hücumlarından sonra yeni etiraz dalğasından qorxur

GADTB: Bu gün “Reuters” agentliyi xəbər verib ki, İslam Respublikası ABŞ-nin mümkün hərbi əməliyyatlarının ölkə daxilində etirazları yenidən alovlandıra biləcəyindən ciddi narahatdır. Bildirilir ki, belə bir ssenari hakimiyyətin vəziyyət üzərində nəzarətini zəiflədə və siyasi sistemi sarsıda bilər.

Agentliyə danışan və adları açıqlanmayan altı hazırkı və keçmiş İran rəsminin sözlərinə görə, Xameneiyə yüksək səviyyəli görüşlərdə ictimai qəzəbin təhlükəli həddə çatdığı ilə bağlı məlumat verilib. Qeyd olunub ki, əvvəlki illərdə etirazları boğan qorxu və zorakılıq artıq cəmiyyəti dayandıran amil hesab edilmir.

Məlumata görə, ABŞ-nin məhdud hərbi əməliyyatları belə etirazçıları daha da cəsarətləndirə və hakimiyyətə zərbə vura bilər. Rəsmilər bildiriblər ki, belə bir halda cəmiyyətin reaksiyası iyun ayında İsrail və Amerikanın nüvə obyektlərinə qarşı hərbi əməliyyatları dövründəkindən fərqli olacaq.

Həmçinin yoxlayın

Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin …

İran Ermənistan üzərindən blokada təsirlərini azaltmaq istəyir

GADTB: İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini və İranın cənubunda yaşayan erməni xristianların parlament təmsilçisi …