İran açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhdid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi açıq şəkildə Azərbaycan Respublikasına qarşı hədə dolu bəyanatlar səsləndirir. İllər boyu işğalçı Ermənistanı dəstəkləyən İran, Azərbaycan öz ərazilərini azad etdikdən sonra daha dözə bilməyib Azərbaycanla düşmənçiliyini açıq müstəviyə daşıyıb.

Artıq İranın Sepah terror təşkilatı hər günü Azərbaycanı hədələyir. Oktyabrın 17-də isə terror təşkilatı olan Sepah-ın Quru Qoşunlarının Azərbaycanla sərhədə canlı qüvvə, zirehli texnika, Araz çayından keçmək üçün üzən körpülər və digər hərbi qurğular göndərib.

Eyni zamanda terror təşkilatı olan Sepah-ın “Tvitter” kanalı “Təcili” qrifi ilə İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğu və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videorolik hazırlayıb.

Həmin paylaşımda isə yazılıb: “Sepah “işğal altındakı Şimali Azərbaycan əyalətində” (Bakı) yaşayan iranlılara mənalı mesaj göndərib”.

Habelə Quran ayəsindən sitat gətirilir: “O zaman ki, biz dənizi yardıq və sizi xilas etdik”.

Molla rejiminin terrorçu Sepah təşkilatı açıq şəkildə Azərbaycanı hədələyərək mesaj verir ki,  İran ordusu hər an Araz çayı üzərindən keçərək müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib.

Müsəlman ölkəsi Azərbaycanı bu şəkildə hədələyən İran məscidləri donuz tövləsinə çevirən, xocalıda şiələri soyqırım edən Ermənistanı isə var gücü ilə himayə edir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …