Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Urmiya gölünün qurudulmasına etiraza görə rejimin yaxaladığı fəallar mühakimə edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya gölünün qurudulmasına etiraz edən 8 azərbaycanlı fəalı məhkəməyə çağrıb.

16 iyul tarixində Urmiya gölü ilə bağlı keçirilən aetiraz ksiyadasinda yaxalanan 8 azərbaycanlı fəal rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinə çağrılıblar.

Azərbaycanlı fəallar Fəriba Əmuyi Binabi, Firiştə Hüseynzadə, Huşəng Nəğizadə, Mikayıl Qulipur, Əlirza Qasimzad, Səməd Rzayi Allahlu, Səid Gülməhəmmədi, Nasir və Hadi Xoşbəxt Quşçu məhkəmənin elektron sistemi vasitəsilə məhkəməyə çağrılıblar.

Azərbaycanlı fəallardan çağırışı aldıqdan sonra 5 gün müddətində son müdafiələrini etmək üçün rejimin Urmiyadakı Ümumi və İnqilab Prokurorluğunun 10-cu şöbəsinə müraciət etməlidirlər.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …