Bazar ertəsi , Avqust 2 2021
azfa

İran adlanan ölkə vətəndaş müharibəsinin astanasında- Müsahibə

GADTB: İyulun əvvəllərində Güney Azərbaycanın Kəleybər bölgəsində Babək qalasına yürüş keçirilib.

Milli Hərəkat fəalları aksiyada milli şüarlar səsləndirib, rejimdən siyasi məhbuslara azadlıq, ana dilində təhsil hüququ tələb ediblər. Bu ilki aksiya İran hakimiyyətinin Milli Hərəkat fəallarına qarşı təqib və təzyiqləri ilə yadda qaldı. Həbs edilənlərin bir qismi hələ də zindanlardadır. Müsahibimiz  Türkiyədə yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəalı Həsən Kərimzadə Güneylidir.

“Farsların Firdovsini anım tədbirlərinə yüksək şərait yaradırlar”

-Həsən bəy, bu il Bəzz qalasına yürüşdə nə qədər insan iştirak etdi?

-Güney Azərbaycan Milli Hərəkatı Babək qalasına yürüş olacağını öncədən elan etmişdi. Yürüşlə bağlı sosial şəbəkələrdə məlumat və elanlar yayılmışdı. Molla rejimi də aksiyaya “hazırlaşmışdı”. Yürüşdən öncə tanınmış milli fəalların evləri və iş yerlərini basılmış, onların bir qismi həbs edilmişdi. Rejim təşkilatçı insanları həsb etməklə Babək qalası yürüşünü zəiflətməyə çalışırdı. Ancaq Güney Azərbaycan Milli Hərəkatı böyük bir gücdür. Millətimiz artıq ağı-qaradan ayıra bilir. Milli şüur xeyli yüksəlib. Təqib və təzyiqlər yürüşə əngəl yarada bilmədi. Babək qalasına yürüş baş tutdu. Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərin gəlmiş minlərlə hərəkatçı qalaya yürüş etdi. Babək qalası hər zaman yürüşü mədəni-kültürəl bir tədbir kimi keçirilib. Bu il də belə oldu. Qalada Azərbaycan türkçəsində mahnılar oxundu, şeirlər səsləndi, saz çalındı. Bununla xalqımız türk dilinə, mədəniyyətinə, kültürünə sahib çıxdığını göstərdi.

İran rejimi yürüşə mane olmağa çalışsa da, istəyinə nail ola bilmədi. Rejimin polsi və təhlükəsizlik qüvvələri qalaya gedən yolu nəzarətə götürmüş, fəalları saxlamışdı. Rejim İran Konstitusiyasını da ayaqları altına atdı. Çünki Konstitusiyanın 27-ci maddəsində göstərilir ki, dinc aksiyalar keçirilə bilər. Yəni sərbəst toplaşmaq azadlığı var. Ancaq molla rejimi bu məsələdə də ayrı-seçkilik edir. Farslar Şirazda məşhur şair Əbülqasim Firdovsinin məzarına gedir, orda tədbir keçirirlər. Onlara imkan yaradılır, polis aksiyanın təhlükəsizliyini qoruyur. Ancaq Güney Azərbaycan türklərinin Bəzz yürüşünə mane olur. Bu ikili yanaşma və ayrı-seçkilikdir. Azərbaycan türkləri milli, mədəni, bəzən siyasi şüarlar səsləndirirlər. Ancaq farslar Firdovsinin məzarı başında dinə zidd fikirlər, şüarlar səsləndirirlər, onlara mane olan yoxdur. Bəzz yürüşündə hətta şəkil çəkdiyinə görə bir foto-müxbirə polisdə işgəncə verilib.

“Tehrandan Bəzz yürüşünə gələn fəalların qarşısı alınıb”

-Yürüşdə Azərbaycan şəhərlərindən hansı daha fəal oldu? Aksiyada nə qədər siyasi fəal həbs edildi?

– Bu ilki Babək qalası yürüşlərində Güney Azərbaycanın bütün şəhər və kəndlərindən milli fəallar iştirak etdi. Bütün bölgələrdə yürüşdən öncə təqiblər, həbslər oldu. Rejim bütün gücü ilə çalışırdı ki, yürüş ümumAzərbaycan aksiyasına çevrilməsin. Hətta Tehran şəhərindən Bəzz qalasına gələn fəalların qarşısı alınıb. Tehran, Təbriz, Urmiyə, Kəleybər, Meşgin, Parsabad, Əhər, Xoy, Sulduz və başqa şəhərlərdə milli fəallar həbs edilib. Aksiyadan öncə və yürüş günü 100-dən artıq milli fəal həbs edildi. Milli fəlların əksəriyyətinə həbsxanada işgəncə verilib.

-Yürüşdə hansı şüarlar səsləndi?

-Bəzz qalası yürüşündə güney, quzey Azərbaycan, türk dünyasın ilə bağlı milli və siyasi şüarlar səslənib. “Qarabağ bizimdir, bizim olacaq”, “Türk düşmənləri, Qarabağdan əlini çək”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şürarları səslənib. Molla rejimindən Ermənistanla əlaqələrə son qoyması tələb edilib. Güneylə bağlı “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil” şüarları səslənib.

“Molla rejimi Babəki xalqın gözündən salmaq istəyir”

-Hakimiyyət yürüşə hansı maneələri, əngəlləri yaratdı?

-Molla rejimi öncə Babək qalası askiyasına ideoloji zərbə vurmağa çalışdı. Qum alimləri Babəki islam dini düşməni elan edir, onun tərəfdarlarını kafir adlandırırlar. Hesab edirlər ki, Babəki anmaq, onun bir azamanlar ərəb işğalçılarına qarşı mübarizədə paytaxtı, qərargahı olmuş Bəzz qalasını ziyarət etmək günahdır, bəyənilməyən hərəkətdir.  Güney Azərbaycan türkləri xalq qəhrəmanı Babəki sevir. Onun ölkəni işğal etmiş zülmkarlara qarşı savaşmış qəhrəman hesab edir. Ancaq nə qədər Babəki sevsək də, onu istiqlal savaşının simvolu hesab etsək də, molla rejiminin apardığı təbliğatın təsiri yox deyil.

Molla rejimi aksiya planlaşdırılan gün yolları bağlayır, hərəkətə süni əngəllər yaradır, yürüşün təşkilatçılarını həbs edir, işgəncə verir ki, digərlərinə dərs olsun, insanlar aksiyaya getməkdən çəkinsinlər. Mülki geyimli ETTELAAT və SEPAH əməkdaşları yürüş iştirakçılarının arasına daxil olaraq pzoculuq işləri aparırdılar.

-Yürüşün aparıcı qüvvəsi tələbələr idi?

-Bəzz yürüşləri ilk dəfə ötən əsrin 90-cı illərində görkəmli alimimiz hörmətli Məhəmməd Tağı Zehtabinin təşəbbüsü ilə keçirilməyə başlanılıb. Amma artıq Bəzz yürüşündə bütün milli hərəkat nümayəndələri, fəallar iştirak edir.

“İranda ciddi siyasi böhran yetişir”

-İranda iqtisadi vəziyyət necədir? Bahalaşmaya etirazlar davam edirmi?

– İranda iqtisadi böhran davam edir. İşsizlik, səfalət artır. Böhran siyasi, social narazılıqları artırıb. Boşanma, zorakılıq halları artıb. Hökumət iqtisadi problemlərdən çıxış yolu tapa bilmir. “iran sabitlik adasıdır”, “Amerika bizə qalib gələ bilməz”, “Xristianlar və yəhudilər müsəlman İranı dağıtmaq istəyir” kimi ideoloji tezislərdən istifadə edib xalqı sakitləışdirməyə çalışırlar.

Amma təbliğata qarın doymur, insanlar narazıdır. Dolların bahalaşması ilə əlaqədar devalvasiya baş verib.  Böyük müəssisəslər, zavodlar, fabriklər bağlanıb. Paytaxt Tehranda, bölgələrdə ciddi narazılıqlar var. 17 milyon əhalisi olan İsfahan bölgəsində gərginlik artır. İqtisadi çətinliklər var, elektrik tez-tez kəsilir, ölkəni qaranlıq bürüyür. Dövlət strukturlarında rüşvət və korrupsiya geniş vüsət alıb. İranda ciddi siyasi böhran yetişir. Hətta dövlət rəsmiləri etiraf edir ki, ölkədə vətəndaş müharibəsi baş verə bilər. Cəmiyyətdə parçalanma meyilləri güclənib, rejim bunun qarşısını ənənəvi yollarla ala bilmir.

Cebhe.org

Həmçinin yoxlayın

Türkiyə meşələrinə od vuranlar ermənilərin təlim verdiyi PKK terrorçularıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti …

“Sizə salam gətirmişəm” şeirinin müəllifi azərbaycanlı şair vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əslən Güney Azərbaycandan olan və Bakı doğulmuş məşhur …

Bir cavab yazın