Bazar ertəsi , May 12 2025
azfa

İran adlanan ölkədən Trampın uğuruna etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin xarici işlər naziri ABŞ və Avropanı guya nüvə razılaşmasını pozmaqda ittiham edərək deyib ki, Avropa və ABŞ nüvə razılaşmasının şərlərini pozub və buna görə də Tehrana öz şərtlərini diktə etmək haqqına sahib deyillər.

Məhəmmədcavad Zərif deyib: “Hazırda iki tərəf nüvə razılaşmasının şərtlərini pozub. Bunlar ABŞ və Avropadır. Amerikalılar bunu Vaşinqtonun siyasətinə görə, avropalılar isə ABŞ-ın siyasətinə görə pozublar. Avropa verdiyi sözlərə əməl etməyib”.

Qeyd edək ki, Prezident Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı barədə bir neçə dəfə bəyanat səsləndirsə də, Avropa etiraz edirdi.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Təbriz Universitetinin səhiyyə işçilərinin və Təbriz telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib

Təbriz Universitetində bir qrup səhiyyə işçisi iş saatlarının azaldılması və həftədə iki günlük tətillərin tətbiqi …

Bir cavab yazın