GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə terrorçu PKK-ı dəstəklədiyini əməldə göstərdi. İrqçi rejimin Silahlı Qüvvələri Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatda iştirak etməyib.
“Mehr” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəsinə istinadən yayıb: “Bazar ertəsi səhər Türkiyə PKK-ya qarşı hərbi əməliyyata başlayıb. Burada İran ordusu iştirak etməyib” – deyə agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK-ya qarşı birgə antiterror əməliyyatları keçirəcəyini açıqlamışdı. İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari isə Soylunun bu sözlərini təsdiqləmişdi.