Çərşənbə axşamı , Aprel 16 2024
azfa

İran adlanan ölkədə Azərbaycan bayrağının təhqir edilməsinə etiraz edən idmançı ilə müsahibə – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə qatıldığı yarışda Azərbaycan bayrağının erməni bayrağından aşağıda asılmasına etiraz edən və istəyini reallaşdıran Zəhra Salmanlının Azərbaycan saytı Axar.az-a müsahibə verib:

– Əvvəlcə, özündən danışaq: balaca çempionumuz kimdir?

– 2008-ci il avqustun 31-də Bakı şəhərində doğulmuşam, amma əslən cəlilabadlıyıq. Hazırda 95 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alıram.

– Neçə ildir karate ilə məşğul olursan?

– Lap kiçik yaşlarımdan məndə bu idman növünə maraq yaranıb. 3 ildir karate idman növü ilə məşğul oluram.

– Bu vaxta qədər hansı yarışlara qatılmısan və neçə medalın var?

– 3 il ərzində Respublika üzrə keçirilən, həmçinin beynəlxalq – Heydər Əliyevin 95 illiyinə həsr olunan və bir də İrandakı artıq sizə bəlli olan yarışda iştirak etmişəm. 28-dən çox medalım var.

– Neçəsi qızıl medaldır?

– Saymamışam.

– İrandakı yarış nə vaxt keçirilib?

– Karate üzrə beynəlxalq yarış 2019-cu il fevralın 8-dən 10-na qədər Tehran şəhərində keçirilib.

– İndi də məşhur hadisəni sənin dilindən eşidək. Necə oldu ki, bayrağımızın erməni bayrağından aşağıda asılmasını sezdin və buna necə etiraz etdin?

– Yarışın keçirildiyi zala daxil olanda əlbəttə, gözüm bayrağımızı gəzdi və gördüm ki, bizim bayrağımız Ermənistan bayrağının altında asılıb. Əvvəlcə nənəmə dedim. Onunla zaldakı hakimin yanına getdik və etirazımı bildirdim. Dedim ki, bayrağın yeri dəyişdirilməsə, yarışa qatılmayacağam. Sağ olsun, komanda yoldaşlarım da mənə dəstək oldular. Ondan sonra bayrağımızın yerini dəyişərək, layiq olduğu yerə asdılar.

– Bayrağımızın yerinin dəyişdirilməsini əks etdirən videonu kim çəkib?

– Bayrağımız başqa yerə asılanda nənəm telefonla videoya çəkdi. Bura gələndən sonra əmimgil Feysbukda paylaşdı. Daha sonra isə bu video hər yerdə yayıldı.

 

Həmçinin yoxlayın

İsrail ordusunun Baş Qərargah rəisi: İranın raket və dron hücumuna cavab qətidir

GADTB: Bazar ertəsi İsrail ordusunun yüksək rütbəli komandiri ölkənin cənubunda yerləşən Nəvatim Hərbi Hava Bazasında …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılar çıxarılır?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın