Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə bu zonanın İranın şimal-qərbində regional logistika mərkəzinə çevrilmək potensialına malik olduğunu bildirib.

Müqəddəmzadənin sözlərinə görə, Arazın Azərbaycan və onun əsas bölgəsi Naxçıvan və Ermənistanla sərhəddə yerləşməsi bölgəyə xüsusi geosiyasi və iqtisadi imkanlar yaradır. O, lazımi infrastrukturun yaradılması və mövcud imkanların tamamlanması ilə Arazın regionun iqtisadi hərəkətverici qüvvələrindən birinə çevrilə biləcəyini deyib.

O Arazın logistika imkanlarından danışarkən bölgədə Azərbaycan-Naxçıvan avtomobil yolu və digər milli layihələrin həyata keçirildiyini qeyd edib./Azad İran

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …