
GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul şəxsləri barəsində məhkəmə işi açıb.
Qadınlar arasında 10 kilometrlik qaçış yarışı sentyabrın 18-də Tehranın Vilayət parkında keçirilib. Yarışdan yayılan görüntülərdə qadınların müxtəlif geyimlərdə və məcburi hicab olmadan iştirak etdiyi görünür.
Tehran Hövzə Elmləri Mərkəzi də sentyabrın 20-də yaydığı bəyanatda bu yarışı “şəri və hüquqi qaydalara zidd” hesab edib və tədbirin təşkilatçıları ilə bağlı “məhkəmə və çəkindirici tədbirlərin görülməsini” tələb edib.
Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd də bildirib ki, bu yarış hökumətin “Canfida hərbi təlimi” tədbiri ilə eyni vaxtda keçirilməməli idi.
Bunun əksinə olaraq, Tehran vilayətinin İdman və Gənclər Baş İdarəsinin rəhbəri Həbib Sütudənejad bildirib ki, yarışın keçirilməsinə icazə “Tehran vilayətinin Təminat Şurası” tərəfindən verilib və “hüquqi baxımdan heç bir problem yox idi”.
Sütudənejad həmçinin bu hadisənin araşdırılması və yarışın davam etdirilməsi ilə bağlı qərar qəbul edilməsi üçün iclas keçiriləcəyini açıqlayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi