Cümə axşamı , Oktyabr 15 2026
azfa

İran Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsini inkar edir: “Narahat olmağa dəyməz, heç bir çirklənmə yoxdur”

GADTB: İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Ermənistan “Metsamor” Atom Elektrik Stansiyasının nüvə_tullantıları ilə Araz çayının suyunun çirkləndirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirərək iddia edib:

“Heç bir çirklənmə yoxdur”.

O, əlavə edib: “Biz bu çayın suyunun keyfiyyətini davamlı olaraq nəzarətdə saxlayırıq və heç bir çirklənmə yoxdur”.

İslamın sözlərinə görə, Atom Enerjisi Təşkilatı müstəqil və davamlı şəkildə monitorinq aparır. Bu monitorinq onlayn və mütəmadi şəkildə həyata keçirilir.

Jurnalistin “Bununla bağlı narahatlığa səbəb yoxdur?” sualına o, belə cavab verib: “Narahatlığa heç bir əsas yoxdur”. / Azad İran

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …