Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin məhkəməsi azərbaycanlı milli fəala qiyabı qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə irqçi fars-molla rejimin İnqilab Məhkəməsinin üçüncü şöbəsi Yaşar Həsənpura (Yaşar Türk) qarşı çağırış vərəqəsi verərək, onun barəsində “çıxarılan hökm”ü almaq üçün məhkəməyə çağırıb.

Çağırışda bildirilir ki, onun “ittihamı” ilə bağlı hökm çıxarılıb. Halbuki, ona ittiham irəli sürülməyib və məhkəmə də keçirilməyib.

Qeyd edək ki, ETTELAAT qüvvələri Urmiya gölünün vəziyyəti ilə bağlı kütləvi etiraz aksiyaları təşkil etmək qorxusundan bir çox azərbaycanlı milli fəalı yaxalayıb. Həmin günlərdə Yaşar Həsənpurun evinə də rejimin məmurları hücum edib və evdə axtarış aparıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …