Çərşənbə , Yanvar 22 2025
azfa

İran Azərbaycan səfirliyinə terror hücumu edən şəxslə bağlı qərarı dəyişib

GADTB: İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.

Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.

Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə artıq təqdim edib.

İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin qətlə yetirilən rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur – red.) müraciəti əsasında icra oluna bilər. Zərərçəkənin ailəsi qatili əfv edərsə, hökm icra olunmayacaq.

Həmçinin yoxlayın

Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb

GADTB: Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi …

Urmiyaya təyin edilmiş kürd merin istefası xəbəri yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinə təyin edilmiş kürd merin …