GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycana qarşı döyüşdə ölən ermənilərə görə İrəvana başsağlığı verib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər müxtəlif səviyyələrdə iki xalqın dostluğuna əsaslanan dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Ayvazyanla Zərif ikitərəfli və regional əməkdaşlığa dair gündəm məsələləri, xüsusilə regional təhlükəsizlik və sabitliyi müzakirə ediblər. Bu kontekstdə yeni regional problemlərin həlli üçün əməkdaşlıq perspektivləri də xüsusi qeyd edilib.
Zərif rəsmi Tehranın adından Azərbaycana qarşı Qarabağda döyüşən müharibə qurbanlarına görə Ermənistana başsağlığı verib.