Bazar ertəsi , Aprel 20 2026
azfa

İran Baş Gömrük İdarəsinin rəisi Ermənistanda səfərdədir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran Baş Gömrük İdarəsinin rəisi Mehdi Mirəşrəfi Erməsnitana səfər edib.

Mirəşrəfini Mehri gömrüyündə Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan qarşılayıb.

Görüşdə tərəflər ikitərəfli gömrük sahəsində əməkdaşlıq, iki ölkə arasında gömrük prosedurlarının sadələşdirilməsi və mal daşımaları vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Badasyan və Mirəşrəfinin bu gün dekabrın 9-da İrəvanda növbəti görüşü planlaşdırılır.

Qeyd edək ki, İran hökuməti daim işğalçı Ermənistanla əlaqələrin inkişaf etdirilməsi və İrəvana hərtərəfli dəstək verilməsi üçün əlindən gələni edir.

Həmçinin yoxlayın

Molla rejimi “Atabay” filminin rejissorunun əmlakı müsadirə edib

GADTB: İran məhkəməsi 63 nəfərin əmlak və aktivlərinin müsadirəsi barədə qərar çıxarıb. Bu barədə İran …

Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikri nəzərdən keçirəcək

GADTB: ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının danışıqlara mane olduğu barədə Pakistan ordusunun …