Çərşənbə , Oktyabr 21 2026
azfa

“Caliber” Azərbaycan ordusunun yenicə irəlilədiyi mövqeləri göstərdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Caliber”in növbəti süjeti Azərbaycan ordusunun bölmələrinin noyabrda Ermənistan sərhədindəki yerdəyişmələrinə həsr olunub.

Layihənin “YouTube” kanalında yerləşdirilən videoda ordumuzun bu istiqamətdə irəliləyişinin miqyası ətraflı şəkildə göstərilir.

“Caliber” Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Kəlbəcər yaxınlığındakı Şərqi-Göyçə silsiləsinin əsas, strateji əhəmiyyətli yüksəkliklərinə və Ermənistanla sərhəddə  – Laçın dəhlizinə qədər olan cənubda yerləşən ərazilərə çıxmaqla ildırımsürətli, genişmiqyaslı yerdəyişməsinə dair faktlar və kadrlar nümayiş etdirir.

Ətraflı videoda:

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …