
GADTB: 2024-cü ildə İranda 972 edam hökmünün icrası qeydə alınıb və bu, ötən il dünyada edam cəzalarının 64%-i deməkdir.
Bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib.
“İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir”, – bəyanatda bildirilib.
2024-cü ildə dünya üzrə ümumilikdə 1518 nəfər edam edilib və ən çox edam İran, İraq və Səudiyyə Ərəbistanında olub.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ötən il İranda edam edilənlərin sayı 1050 nəfərdir.