Bazar ertəsi , Yanvar 24 2022
azfa

İran Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə azərbaycanlı fəalı cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə azərbaycanlı fəalı cərimələyib.

Güney Azərbaycanın Muğan bölgəsində yaşayan azərbaycanlı milli-mədəni fəal Rza Seyidnuri rejimin bölgədəki 2-ci cinayət məhkəməsinin 103-cü şöbəsi tərəfindən verilən qərara əsasən ona qarşı irəli sürülmüş ittihamlardan bəraət aldıqdan sonra, prokrorun etirazı əsasında rejimin Ərdəbildəki Apellyasıya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 3 aylıq həbs cəzasının qarşılığında 18 milyon rial cəriməyə məhkum edilib.

Rejimin Ərdəbildəki Apellyasiya məhkəməsinin 1-ci şöbəsinin irəli sürdüyü iddiaya əsasən azərbaycanlı fəal “İran İslam Respublikasının banisini təhqir etmək” və “Xameneini təhqir etmək” ittihamlarından bəraət alsa da, islami cəza qanununun 500-cü maddəsinə istinadən “Sistemə qarşı təbliğat” ittihamına görə 3 aylıq həbs cəzası qarşılığında 18 milyon riyal nağd cərimə ödəməsi barədə qərar verilib.

Qeyd edək ki, Seyid Rza Seyidnuri 2020-ci il oktyabr ayının 18-də Nurduz gömrüyünün bağlanması tələbi keçirilən aksiyada həbs olunub. O, bir gün sonra 70 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …