Çərşənbə , Yanvar 15 2025
azfa

İran erməni təcavüzünü pislədiyi üçün Sara Turini yenidən məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Ermənistanın Azərbaycan ərazilərinə hücumunu pislədiyinə görə azərbaycanlı milli-mədəni fəal Sara Turini ikinci dəfə olaraq məhkəməyə çəkir.

Azərbaycanlı xanım fəal yanvar ayının 30-da məhkəmənin elektron sistemi vasitəsi ilə aldığı bildirişə əsasən, 2021-ci il fevralın 23-də əleyhinə qaldırılan ittihamlara baxılması üçün Təbriz şəhərindəki rejimin ikinci cinayət məhkəməsinə müraciət etməlidir.

Göndərilən bildirişdə rejimin Təbrizdəki Şəhid Qazi Təbatəbayi Məhkəməsinin sədr müavini Ermənistanın Azərbaycan ərazilərinə hücumunu pislədiyinə görə azərbaycanlı fəalı “İctimai asayişi pozmaq”da ittiham edib.

Bundan öncə isə yanvar ayının 20-də, Sara Turi aldığı bildiriş əsasında rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə edilmişdi.

Qeyd edək ki, Sara Turi 2020-ci il oktyabrın 18-də Təbriz şəhərində Nurduz gömrüyünün bağlanması və İranın Ermənistana silah-sursat göndərməsinin qarşısı alınması tələbi ilə keçirilən aksiyada həbs olunmuş, oktyabrın 23-də vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …