Bazar , Yanvar 12 2025
azfa

İran ermənilərə yardım üçün Zəngəzura mütəxəssislər göndərdi

GADTB: Qafana səfər edən iranlı mütəxəssislər Zəngəzur mis-molibden zavodunda və Şimal-Cənub magistralının tikinti sahələrində olublar. Bu barədə Ermənistan Baş naziri Aparatı mətbuat xidməti məlumat yayıb.

İranlı ekspertlər və media nümayəndələri Zəngəzur mis-molibden zavodunun tam sənaye dövrü ilə tanış olub, şirkətin istehsalat sahələrinə, açıq mədəninə ekskursiya keçirib.

Daha sonra Şimal-Cənub magistral yolunun Aqarək-Kacaran hissəsində iranlı podratçı tərəfindən tikilən yolun bir hissəsinə baş çəkiblər. Qonaqlar iranlı inşaatçılarla görüşüb söhbət edib, dövlətlərarası yolun tikintisi ilə bağlı aparılan genişmiqyaslı işlərin şahidi olublar. Sabah erməni ekspertlərin iştirakı ilə yekun panel müzakirələri keçiriləcək”, – məlumatda qeyd olunur.

Həmçinin yoxlayın

Təbrizli  xanımların Azərbaycan musiqisi və rəqsindən ibarət tamaşası Tehranda coşqu ilə qarşılanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi rəsmiləri azərbaycanlı qadınların Azərbaycan şəhərlərində konsert …

Çinlilər onlarla azərbaycanlı işçinin Vərzağandakı Xankəndi (Məzrəə Şadi) qızıl mədənində işləməsinə mane olublar

Güney Azərbaycanın Vərziğan şəhərindəki Xankəndi (Məzrəe Şadi) qızıl mədənində çinli podratçı çox sayda azərbaycanlı işçinin …