İran-Ermənistan əlaqələri genişlənir: İki ölkə arasında sənaye şəhərciyi fəaliyyətə başlayacaq

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, 2021-ci ilin yayında İran-Ermənistan Birgə Sənaye Şəhərciyinin salınması ilə bağlı iki ölkə arasında anlaşma əldə edilib. Razılaşmaya əsasən, bu şəhərcik daha çox kiçik və orta miqyaslı sənayenin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Anlaşmaya, habelə ikitərəfli əməkdaşlığın inkişafı, bütün maraqlı tərəflərə müvafiq ticarət imkanlarının təklif edilməsi, investisiya mühitinin yaxşılaşdırılması və tərəflər arasında daha güclü ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün icra mexanizminin yaradılması daxildir.

İran və Ermənistan arasında son illərdəki ticarət əlaqələrinin həcmi 500 milyon dollar olduğu halda, bu anlaşma iki ölkə arasındakı əlaqələrin həcminin 1.200 milyard dollara qədər artırılması üçün fürsət yaradır.

İran-Ermənistan Birgə Ticarət Palatasının sədri bu barədə deyib: “Yaxın vaxtlarda sözügedən sənaye şəhərciyinin fəaliyyətə başlaması ilə bağlı İran Sənaye Şəhərcikləri Birliyinin sədri Əli Rəsulian ilə söhbətimiz oldu. O bildirdi ki, bu günədək İran-Ermənistan sənaye şəhərciyinin yaradılmasına nail olmayıblar. Səbəbi isə budur ki, görünür, bunun üçün parlamentin qərarı tələb olunur”.

Xatırladaq ki, son illərdə İran hakimiyyəti faşist ermənilərlə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi üçün necə deyərlər dəridən-qabıqdan çıxır. İran rejimi Qarabağın işğalı dövründə olduğu kimi, indi də məğlub və iqtisadiyyatı çökmüş, ölkədə siyasi sabitliyin olmadığı Ermənistanın bir dövlət kimi ayaqda qalmasını təmin etmək üçün demək olar ki, hər ay yeni anlaşmalara imza atır və “erməni qardaşları” ilə işbirliyinə gedir.

Həmçinin yoxlayın

Hakimiyyət dailində fikir ayrılığı dərinləşir; etirazçılar İranın yüksəkvəzifəli rəsmilərini hədəfə alan şüarlar səsləndiriblər – Video

GADTB: Danışıqlar prosesi və mümkün razılaşma ətrafında müzakirələrin davam etdiyi bir vaxtda, gecə saatlarında keçirilən …

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …