Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Traxtur klubu Tehran komandası və əlaltılarının təxribatı ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Traxtur klubu dünən Tehran komandası və rejimin əlaltılarının törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda Tehranın Perspolis komandasının Traxtura qarşı təxribatı, hakimin qərəzli hərəkəti, qərəzli şəxslərin Traxtur komandası tərəfdarı kimi stadiona sızıb qarşıqlıq yaratması və s. məsələrə aydınlıq gətirib.

Bəyanatda Tehranın Perspolis komandasının oyunçusu Ümid Əlişahın tamaşaçı və Traxtur oyunçularına qarşı qeyri-etik davranışı, gərginlik yaratmağa çalışması qeyd olunub və hakimin onu meydandan uzaqlaşdırmaması pislənilib.

Bəyanatın bir hissəsində deyilir: “Təbriz stadionunda baş verənlərin Traxtur tərəfdarlarına heç bir aidiyyatı yoxdur. Traxtur tərəfdarları da həmin şəxsləri tanımırlar. Premiyer Liqa yarışlarının son həftələrində kimlərsə bilərəkdən, Traxtura zərbə vurmaq üçün belə oyunlar qurur, tanınmaz şəxsləri Traxturçu kimi stadiona göndərirlər”.

Bəyanatda Tehranın Perspolis komandasının oyunçuları Ümid Alişah və Mehdi Turabinin azərbaycanlı tamaşaçıları təhqir etdikləri, onlara daş atdıqları yazılıb və belə bir hərəkətin dünyanın heç bir yerində görünmədiyi öz əksini tapıb.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …