Çərşənbə , Oktyabr 14 2026
azfa

İran, Ermənistan və Hindistan arasında növbəti üçtərəfli məsləhətləşmələr keçirilib

IRIB News xəbər verir ki, Yeni Dehlidə İran-Ermənistan-Hindistan formatında ikinci görüş baş tutub. Görüşdə Hindistan Xarici İşlər Nazirliyinin İran, Pakistan və Əfqanıstan İdarəsinin katibi Ci Pi Sinq, Ermənistan Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean İdarəsinin rəhbəri Anahit Karapetyan və İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya İdarəsinin rəhbəri Haşem Əşcəzadə iştirak edib.

Məlumata görə, məsləhətləşmələr zamanı hər üç ölkənin Xarici İşlər Nazirliklərinin nümayəndələri Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlığın inkişafı və Çabahar limanının rolunu müzakirə ediblər.

Bildirilib ki, erməni rəsmisi görüş iştirakçılarına “Sülh kəsişməsi” layihəsindən söz açıb./ Azad İran

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …