Cümə , Sentyabr 18 2026
azfa

İrqçi fars rejimin qəsdən laqeydliyi nəticəsində Təbrizdə 160 illik tarixi abidə məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin qəsdən laqeydliyi üzündən Təbrizin tarixi evlərindən olan və şəhərin memarlıq nümunələrindən sayılan Babaxan evi tamamilə məhv olmaqdadır.

Bundan öncə isə tarixi Babaxan evinin qonşuluğunda söküntü işlərinin aparılması evin bir hissəsinin uçmasına səbəb olub.

Mədəni fəalların sözlərinə görə, Qacarlar dövrünün memarlıq nümunələrindən olan və 2008-ci ildə İran milli əsərləri siyahısında qeydə alınan 160 illik tarixi evin bərpası ilə bağlı edilən müraciətlərə əhəmiyyət verilməyib.

Bundan əvvəl son dəfə iyul ayında Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumlara abidənin qorunması və təmiri ilə bağlı müraciətlər olunsa da, bu günə kimi heç bir iş görülməyib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …