Şənbə , Sentyabr 19 2026
azfa

İran Ermənistandan keçən nəqliyyat marşurutunu Qara dənizə ən yaxşı yol hesab edir

GADTB: Dünən İranın Ermənsitandakı səfiri Mehdi Sübhani İrəvanda mətbuat konfransı keçirib və bir sıra qərəzli açıqlamalar verib.

“İran üçün Ermənistan şimala və Qara dənizə, Ermənistan üçün isə İran cənuba və Çabahar limanına çıxış üçün ən yaxşı yoldur”, – Sübhani deyib.

O, Nikol Paşinyanın “Sülh kəsişməsi” planını rəsmən dəstəkləyib və “3+3” formatı haqda danışıb:

“Bu format ilk növbədə region ölkələri arasında mövcud problemləri öz imkanları ilə həll etmək üçün nəzərdə tutulub. Bu formatda ciddi uğurlar qeydə alınarsa, bütün ölkələr görüşlərdə iştirakda maraqlı olacaq”.

Səfir, Zəngəzur dəhlizinə də toxunub:

“Dünyada ümumi qəbul edilmiş bir yanaşma var ki, ona əsaslanaraq dəhliz əlaqə üçün fürsət sayılır. Amma bizim bölgədə bu anlayış tamamilə fərqlidir. Ona görə İran regionda heç bir geosiyasi dəyişikliyə dözməyəcəyini öz fəaliyyəti ilə açıq nümayiş etdirib”. / Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …