Cümə axşamı , Oktyabr 22 2026
azfa

İran Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən çox sayda azərbaycanlını həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran son iki gündə Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən çox sayda azərbaycanlı fəalı həbs edib.

Oktyabrın 18-də Güney Azərbaycanda, xüsusilə Güney Azərbaycanın Təbriz şəhərində keçirilmiş Azərbaycan ordusuna aksiyalarda ermənipərəst rejimin məmurları analar və bacılar övladları ilə birlikdə döyülüblər, daha sonra isə polis tərəfindən istintaq təcridxanalarına aparılıblar. yaxalanan xanımlardan biri Sara Turidir. Hələlik digər xanımların kim olduqları məlum deyil.

Sara Turinin yaxınları bildirirlər ki, ETTELAAT İdarəsindən onlarla əlaqə saxlayıb, fəalın məsələsinə görə onları ETTELAAT-a çağırıblar.

Həmçinin azərbaycanlı fəallardan İbrahim Fərəczadə, İsa Yeganə, Əli Hac Məhəmmədi, Nasir Əhmədi, Məhərrəm Kərimi, Rza Zarei, Siyamak Kushi, Rəsul Razavi, Əkbər Mühaciri, Hüseyni Məhəmmədə, eləcə də, Təbrizdə İbrahim Gənci (Cəngi) Rəştdəki Gilan Universitetinin Yağış Tələbə Jurnalında çalışanlar, Meşginşəhrdə Aydın Zakiri və İffat Nikbaxt yaxalanıb.

Eyni zamanda Şənbə günü 17 oktyabrda Hüseyin Əmir Hicri Təbrizdə və Parsabadda Rza Seyid Nuri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışlar.

Keçirilən mitinqlərdən sonra da çox sayda azərbaycanlı fəal yaxalanıb. Ən azı 4 azərbaycanlı fəal Sulduzda və 1 nəfər Zənganda yaxalanıb.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın