Cümə , Sentyabr 25 2026
azfa

İran Ermənistanın hərbi təcavüzünü pisləyən Pərviz Siyabini vəhşicəsinə işgəncə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın təhlükəsizlik qüvvələri Ermənistanın hərbi təcavüzünü pisləyən Pərviz Siyabini vəhşicəsinə işgəncə ediblər.

Azərbaycanlı fəal Pərviz Siyabi sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləmək və Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi hərbi əməliyyatlarına dəstək məqsədi ilə keçirilən aksiyada İran rejimi tərəfindən yaxalanmışdı.

Ermənistanın hərbi təcavüzünü pisləyən Pərviz Siyabini yaxalanan zaman da rejimin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döymüşdürlər.

Pərviz Siyabi oktyabrın 5-də 500 milyon tümənlik mülki vəsiqə ilə müvəqqəti olaraq azadlığa buraxılıb.

Pərviz Siyabinin yayılan fotolarından onun da digər fəallar kimi rejimin təhlükəsizlik qüvvələri tərəfindən ağır və vəhşi işgəncələrə məruz qaldığı görünür.

Qeyd etmək lazımdır ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. İndiyədək onlardan yalnız 12-nin kim olduğunu müəyyənləşdirmək mümkün olub.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Keçən həftə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Bir cavab yazın