Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran Ermenistanla enerji əməkdaşlığını gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran” a istinadən yaydığı məlumata görə, İranın neft naziri Cavad Ouci bu yaxınlarda Ermənistanın bölgəsəl idarəetmə və infrastruktur naziri ilə görüşüb, onunla İran qaz şəbəkəsinin Türkmənistandan qaz mübadiləsinə başlamaq və ermənilərə qaz ixracını artırmağa hazır olduğunu deyib.

İranlı nazir bildirib: “Türkmənistandan İran vasitəsilə Ermənistana qaz mübadiləsi ilə bağlı artıq danışıqlar başlayıb və biz bu ölkənin qaz kəmərləri şəbəkəsinin yüksək ötürmə qabiliyyətinə görə tezliklə yaxşı nəticələr əldə edəcəyik”.

Habelə, mayın 19-da İranın neft naziri və Azərbaycan baş nazirinin müavini arasında Tehranda görüş baş tutub. Cavad Ouci və Şahin Mustafayev Tehran və Bakı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsininönəmini vurğulayıblar.

Xatırladaq ki hər zaman ikibaşlı oyun oynayan Tehran hökuməti həm işğalçı Ermənistanla, həm də 30 il erməni işğalına və Xocalı soyqırımına məruz qalan Azərbaycanla əlaqələrini eyni anda qorumaqla, bununla İslam həmrəyliyinə uyğun olaraq haqqın yanında və nahaqqın qarşısında olduğunu deyil,  əslində yalnız öz dövlət maraqlarını güddüyünü bir daha göstərmiş olub.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …