İranlı deputat Azərbaycan və Türkiyə bayraqları ilə bağlı türkləri təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məclisinin İzə şəhərindən olan deputatı Hidayətullah Xadimi azərbaycanlılara və türklərə həqarət edib. O, Təbrizin “Səhənd” stadionunda Türkiyə və Azərbaycan Respublikasının bayrağını qaldıranları “tula” adlandırıb.

İran rejiminin antitürk və Antiazərbaycan deputatı deyib: “Ölkənin çörəyini yeyib stadionda Türkiyə və sionistlərin muzdlu tulaları kimi bağırıb iranlıları, böyük Kiri təhqir edənlər bilməlidirlər ki, onların Oğuz babaları çöllərdə bir tikə çörəyə görə talan və qətliam törətdikləri vaxtdan 2 min il qabaq Kir və iranlılar yer kürəsinin 50 fazinə hökm edirdilər”.

Tarixi faktları təhrif edən molla rejiminin deputatı  Ərdəbildə qurulan Səfəvi dövlətinin Osmanlı imperiyasını məhv etdiyini, Nadir şahın bu “prosesi tamamladığını” iddia edib.

Hidayətullah Xadimi stadionda Azərbaycan bayrağı qaldırıb və türkcə şüar verən kütlənin azlıq təşkil etdiyini yazıb və Təbrizdən seçilmiş millət vəkillərindən məsələ ilə bağlı açıqlama vermələrini istəyib. 

Qeyd edək ki, mayın 19-da Təbrizin “Səhənd” stadionunda “Traxtur” və “Persepolis” komandalarının yarışı zamanı azərbaycanlı fəallar Türkiyə və Azərbaycan Respublikasının bayrağını qaldırıblar. Türkiyə bayrağı ilə birgə Azərbaycan bayrağının qaldırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bu isə irqçi fars rejimin və rejimin antitürk əlaltılarının qəzəbinə səbəb olub.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …