Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran Futbol Federasiyası Traxtur tərəfdarlarına yenidən qadağa qoyub

GADTB: İran Futbol Federasiyası Azərbaycanın “Traxtur” tərəfdarlarına yenidən qadağa qoyub.

Futbol Federasiyasının nizam-intizam komitəsi çərşənbə günü axşam Superkubok uğrunda gərgin “Traxtur” – “İstiqlal” oyunu ilə bağlı qərarını açıqlayıb. Bu qərara əsasən, Traxtur Klubu oyunların birində kişi tamaşaçıların iştirakına qadağa qoyulub.

Həmçinin, Draqan Skoçiç oyunöncəsi mətbuat konfransında iştirak etmədiyi üçün Traxtur klubu 110 milyon tümən cərimələnib.

Qeyd edək ki, İran Futbol Federasiyası daim Azərbaycana qarşı ayrıseçkilik və düşmənçilik edir. “Traxtur” tərəfdarlarıi bu ayrı-seçkiliyə etiraz olaraq dəfələrlə “İran Federasiyası Azərbaycanın düşməni” şüarını səsləndiriblər.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …