Şənbə , Avqust 29 2026
azfa

Molla rejimi Tehranda “Əlihan” adlı körpənin adını zorla “Əlisan” kimi qeyd edib

GADTB: İrqçi fars-molla rejimi Tehranda “Əlihan” adlı körpənin adını zorla “Əlisan” kimi qeyd edib.

Tehranın Şəhriyar bölgəsinin Vətəndaşlıq Qeydiyyatı İdarəsinin rəsmiləri Tehranda yaşayan Təbrizi ailəsindən olan “Əlihan” adlı yeni doğulmuş körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edib və valideynlərin istəyinin əksinə olaraq onun adını zorla “Əlisan” kimi qeydə alıblar.

Azərbaycanlı körpənin atası Möhsün Əmini Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 22 iyul 2025-cü ildə dünyaya gəlib və mən həyat yoldaşımla onun üçün Əlihan adını seçmişik. Ancaq vətəndaşlıq qeydiyyatı idarəsinin rəsmiləri bu adın ad seçmə sisteminə olmadığını deyərək onu qeydə almaqdan imtina etdilər. Vətəndaşlıq qeydiyyatı rəsmiləri bildirdilər ki, türk-ərəb adı qəbul edilmir, aryayi (farsca) ad seçin.Mən onlara fars olmadığımı, türk olduğumu və övladıma öz dilimə, mədəniyyətimə görə ad qoymaq istədiymi dedim. Onlar isə bununla razılaşmayıb bizə Əlisan adını seçməyi təklif etdilər. Oğlumuz sarılıq xəstəliyindən əziyyət çəkdiyindən və təcili olaraq xəstəxanaya yerləşdirilməli olduğundan biz bu adla razılaşmalı və bu ada doğum haqqında şəhadətnamə almalı olduq.”

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …