Şənbə , Oktyabr 17 2026
azfa

İran Gürcüstanı hədələdi

GADTB: İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani ABŞ-la bağlı xəbərdarlıq edib.

Səfir X sosial şəbəkəsində paylaşdığı mesajda Gürcüstana üstüörtülü xəbərdarlıq ünvanlayıb.

“Öz hava məkanını və ərazisini xarici müdaxilələr üçün açanlara bu, baha başa gələcək”, – deyə, o bildirib.

Paylaşımda konkret olaraq hansı hadisənin nəzərdə tutulduğu açıqlanmasa da, bəyanatın regionda artan gərginlik fonunda Gürcüstana xəbərdarlıq olaraq verildiyi ehtimal olunur.

Qeyd edək ki, iki gün əvvəl  ABŞ Hərbi Hava Qüvvələrinə aid “Boeing C-17 Globemaster III” tipli təyyarə Almaniyadan Gürcüstana gələrək paytaxt Tbilisidə yerləşən hava limanına enib.

Təyyarə burada təxminən yarım saat qaldıqdan sonra cənub istiqamətində uçuşunu davam etdirib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …