Cümə axşamı , Sentyabr 17 2026
azfa

Etirazçıların qətliamında iştirak etmiş “Fatehinlər” xüsusi bölməsinin komandiri öldürülüb

GADTB: İran İslam Respublikasının Müdafiə Nazirliyinə bağlı “Müqəddəs Müdafiə” xəbər agentliyi İran İnqilab Keşikçiləri Korpusunun “Fatehinlər” bölməsinin komandiri, briqada generalı Məhəmmədəli Fəthəlizadənin öldürüldüyünü açıqlayıb.

Agentlik komandirin necə və hansı şəraitdə öldürüldüyünə dair məlumat vermədən onun çərşənbə günü, 12 fərvərdin tarixində həlak olduğunu yazıb.

Beləliklə, bu komandanın adı son təxminən beş həftə ərzində İsrail qüvvələrinin məqsədli bombardmanları nəticəsində öldürülən çoxsaylı vəzifəli şəxslər və hərbi komandirlərin uzun siyahısına əlavə olunub. Xarici media orqanlarının məlumatına görə, ABŞ və İsrailin hücumlarının ilk günündə təkcə bir gündə Əli Xameneinin iqamətgahında 40-dan çox rəsmi şəxs və hərbi komandan öldürülüb.

Məhəmmədəli Fəthəlizadənin İran İnqilab Keşikçiləri Korpusunun “Fatehinlər” bölməsinə komandir təyin edilməsi ilə bağlı xəbər 1404-cü ilin fərvərdin ayında yayılmışdı.

“Fatehinlər” xüsusi bölməsi İran İnqilab Keşikçiləri Korpusunun tabeliyində fəaliyyət göstərən və “Bəsic qüvvələrinin xüsusi bölməsi” kimi tanınan hərbi qurumlardan biridir.

Bu bölmənin üzvləri adi Bəsic qüvvələrindən fərqli olaraq xüsusi hərbi hazırlıq keçirlər və daha əvvəl Suriyadakı vətəndaş müharibəsində, eləcə də son illərdə baş verən etiraz aksiyalarının – o cümlədən 1401-ci ilin payızı və 1404-cü ilin dey ayında baş vermiş etirazların yatırılmasında iştirak ediblər.

İranın o vaxtkı prezidenti İbrahim Rəisi 1401-ci ilin azər ayında etirazçıların repressiyasında iştirak etmiş “Fatehinlər” xüsusi bölməsinin bir qrup üzvü ilə görüşdə onlara müraciətlə bildirmişdi ki, etirazçılarla qarşıdurmada “özünüzü yaxşı göstərdiniz”.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …