GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın “Bourse & Bazaar” analitik mərkəzi yazır ki, Rusiya Federasiyasından 50 ədəd Su-35 qırıcı təyyarəsi sifariş edən İran hələ ki, bir dənə də qırıcı əldə etməyib. Qeyd olunur ki, İslam Respublikası satınalma xərclərini tam ödəyib və təyyarəni 2023-cü ildə almalı idi.
İran həmin qırıcıları Həsən Ruhaninin 2021-ci ildə başa çatan ikinci prezidentlik dövründə sifariş verib. Nəşrin yazdığına görə, Rusiya müqaviləni 2023-cü ildə yerinə yetirməyi öhdəsinə götürüb, lakin “demək olar ki, heç kim tədarüklərin bu il həyata keçiriləcəyini gözləmir”.
İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi də Rusiyanın qırıcıları hələ də təhvil vermədiyini təsdiqləyib:
“Rusiyadan Su-35 qırıcılarının alınmasına gəlincə, onlara ehtiyacımız var, lakin onların bizim eskadrilyamıza nə qədər vaxt daxil olacağını bilmirik. Bu, İranın səlahiyyətli rəsmilərinin qərarından asılıdır”./ Azad İran