Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Rəisi əhalini aldadır: Urmiya gölü yox olmaq üzrədir

GADTB: İran hakimiyyətinin Urmiya gölünün bərpası ilə bağlı apardığı təbliğata rəğmən mütəxəssislər və ekoloqlar gölün yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirirlər.

Onlar İbrahim Rəisi hakimiyyətinin manipulyasiya ilə məşğul olduğunu bildirirlər.

“Pəyame ma” qəzeti İbrahim Rəisinin bundan əvvəl bölgəyə səfərini xatırladaraq yazır ki, prezidentin səfəri zamanı Urmiya gölünün bərpasını təlqin edən görüntülər gölün ən dərin nöqtəsində çəkilmiş təbliğat xarakterli saxta videolardan ibarət olub.

Su sahəsi üzrə ekspert Ruzbeh İskəndəri də İbrahim Rəisi hökumətinin Urmiya gölünün bərpası və xilası prosesinin uğurlu olduğu barədə iddialarının əsassız olduğunu bildirir.

Ruzbeh İskəndəri deyib: “Gölün bugünkü səviyyəsi və onun ekoloji səviyyə ilə arasında olan mövcud fərqi Urmiya gölünün bu il tamamilə quruyacağı ehtimalını artırır. Hazırda gölün 95%-i quruyub və böyük duz kütlələri buranı duz səhralığına çevirib. Duz fırtınaları Şərqi, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərini ciddi təhlükə ilə üz-üzə qoyacaq”.

Həmçinin yoxlayın

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük …

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə …