Bazar ertəsi , Sentyabr 26 2022
azfa

İran hökumətinin ideoloqu Azərbaycan barədə hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran mediasında və sosial şəbəkələrdə İran hökumətinin ideoloqu Əliəkbər Rafeipurun Azərbaycan Respublikası ilə bağlı növbəti cəfəng fikirləri yayılıb. Molla rejiminin və İranın rəhbəri Əli Xameneyinin qatı tərəfdarlarından olan Rafeipur yazır:

“Bu dəqiqə bilirsiniz Azərbaycan Cümhuriyyətində vəziyyət necədir? Bizim səlahiyyətlilərdən birinin belə səsi çıxmır. Brenda Şaffer Azərbaycan haqqında yeni kimlik qondarmaq istəyir. Mossad zabiti, yəhudi və fəxrlə İsrailə gedib gəlir”.

O, deyir ki, İslam Cümhuriyyəti Azərbaycanda o qədər dəyərdən düşüb ki, Brenda Şaffer bu addımı ilə bildirmək istəyir ki, mən gedib-gəlirəm və ümumiyyətlə bunun heç kimə dəxli yoxdur.

“Brenda Şaffer Xudafərin körpüsünün Azərbaycan tərəfində olan hissəsinə gəlib orada şəkil çəkdirir və bunu “tvitter” hesabında yayır. O, Azərbaycan bayraqları ilə əzadarlıq qruplarının fotosunu yayıb və bildirib ki, bu, bizim Azərbaycanda nəzərdə tutduğumuz qrupdur. Bilirsiniz bu necə qrupdur? Azərbaycan bayraqları qaldırılıb və orada İmam Hüseynə aid heç bir əsər yoxdur”-deyə, Rafeipur bildirib.

O, bildirir ki, Azərbaycan şiələri hətta Ərbəin mərasiminə belə fərqli şəkildə qatılırlar.

“Siz Ərbəin mərasimlərində Azərbaycan şiələrini görmürsünüz? Bir dənə belə İmam Hüseyn bayrağı götürmürlər, hamısı Azərbaycan bayraqlarıdır və deyirlər imam Hüseynə aid heç bir nişanə olmamalıdır. Orada bir qrup saray axundu ortaya çıxarıb, şeirlərinin hamısı tənzimlənir, içində heç nə yoxdur”-deyə, o, Azərbaycanda əzadarlıq mərasimlərinin fərqli keçirilməsindən narahatlığını ifadə edir.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 56700 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 214-cü günü üçün Rusiya ordusunun itkiləri …

İran dövləti azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə telefon danışığına adağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbildə keçirilən dinc etirazlardan sonra …