Çərşənbə , Avqust 26 2026
azfa

İran–İraq sərhədində İsrail və ABŞ hava qüvvələrinin manevrləri: səs divarı yarıldı, bölgədə gərginlik artdı

GADTB: İran və İraq sərhədi boyunca İsrail və ABŞ hərbi hava qüvvələrinin son hərəkətləri bölgədə ciddi gərginlik yaradıb. İraqın şərqində, Misan (Əl-Əmarə yaxınları) şəhərindən olan bir vətəndaş, bölgə üzərindən keçən qırıcıların səs divarını qırması nəticəsində yaranan güclü səsi eşitdiyini bildirib.

JFeed xəbər saytının məlumatına görə, əməliyyat zamanı İsrail qırıcılarının səsi eşidilib və çox güman ki, simulyasiya atəşi edilib. Sosial media istifadəçiləri tərəfindən Tehran üzərində aşağı hündürlükdə təhlükəsizlik məqsədi ilə uçan İran qırıcılarının görüntüləri də paylaşılıb.

Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd KC-135 tipli hava yanacaqdoldurma təyyarəsi, İran sərhədinə çox yaxın məsafədən İraq hava məkanında uçub.

İsrailin Kanal 14 telekanalının məlumatına görə, İsrail ordusunun bütün hava qüvvələri birləşmələrinə tam döyüş hazırlığı elan edilib.

Məlumatlar göstərir ki, İsrail qırıcıları İran–İraq sərhədi boyunca səs divarını qıraraq qeyri-adi bir güc nümayişi həyata keçiriblər. İsrail mediası yazır ki, manevrin əsas məqsədi İranın radar və hava hücumundan müdafiə sistemlərinin bu uçuşları aşkar edib-etmədiyini yoxlamaq olub və “istənilən cavab əldə edilib”.

İsrail mənbələri bildirir ki, bu əməliyyat İranın Qərb istiqamətində hava üstünlüyünün faktiki olaraq mövcud olmadığını göstərdi:

– İraq hava müdafiəsi reaksiyaya girməyib,

– İran hava müdafiə sistemləri atəş açmağa cürət etməyib,

– və İrandan heç bir qırıcı təyyarə havaya qalxmayıb.

Müşahidəçilər bu hadisəni bölgədə güclənən hərbi gərginliyin yeni mərhələsi kimi qiymətləndirirlər.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …