Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı müəllim təkadamlıq kameraya salınıb

GADTB: Kərəc şəhər zindanında saxlanılan azərbaycanlı müəllim Məsud Fərhixtə təkadamlıq kameraya salınıb.

Məlumata görə, o, həbsi və barəsində irəli sürülən ittihamlarla bağlı məktub yazdığına görə cəzalandırılıb.

Qeyd edək ki, Əlborz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhixtə avqust ayında 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da günahlandırılıb./ Azad İran

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …