Cümə axşamı , Avqust 18 2022
azfa

İran mediası erməni mövqeyini əks etdirir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Azərbaycan Ordusunun “Qisas” anti-terror əməliyyatına başlamasından dərhal sonra İran mediası yenə ermənilərin mövqeyini əks etdirməyə, “Qarabağ”ı müstəqil bölgə kimi qələmə verməyə başlayıb.

Sepah-a bağlı “Fars” xəbər agentliyi və sosial şəbəkələri “Azərbaycan Dağlıq Qarabağın bir neçə bölgəsini tutduğunu iddia edir” başlıqlı məlumat yayıb.

Xüsusilə Sepah-ın sosial şəbəkə hesablarında Azərbaycan Respublikası “Şimali əyalət” adlandırılıb və Azərbaycanın İranın şimal əyaləti olduğuna eyham vurulub.

“Dağlıq Qarabağ bölgəsinin Müdafiə Nazirliyi yaydığı bəyanatda atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Artsax ordusunun 7 hərbçisinin yaralandığını açıqlayıb”-, Sepah saytı atəşkəsin Azərbaycan tərəfdən pozulduğu fikrini təlqin etməyə çalışıb.

Sepah-ın telegram kanalı 6 saniyəlik video yayaraq İran ordusunun Azərbaycanla sərhədə ağır hərbi texnika daşıdığını iddia edib. İddia ilə bağlı Tehran açıqlama verməyib və rəsmi dövlət saytları münasibət bildirməyib.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …