Şənbə , Aprel 19 2025
azfa

İran mediasının Nizami Gəncəvi ilə bağlı iddiaları davam edir

GADTB: İran son bir neçə ildə özünün anti-Azərbaycan siyasəti kontekstində Nizami Gəncəvinin fars şairi olduğunu sübut etmək üçün geniş kampaniya aparmaqdadır. Bu dəfə “Fararu” portalı “Bakı və Ankara İran mədəniyyətindən nə istəyir? Nizami Gəncəvinin məqbərəsində fars şeirləri əvəzinə yad şeirlər” başlıqlı xəbər paylaşıb.

Sayt yazıb ki, Gəncədə Nizami Gəncəvinin məqbərəsində yerləşən daşların üzərindəki farsca şeirlərin başqa bir şairin türkcə şeirləri ilə dəyişdirilməsi İran rəsmilərinin və “mədəni irsin qonşu ölkələr tərəfindən müsadirə edilməsi” ilə müzakirələri yenidən alovlandırıb.

Sosial media istifadəçilərindən birinin Gəncəvinin məqbərəsinin görüntülərinin paylaşması və daşların üzərində türkcə şeirlərin olması müzakirə mövzusu olub. Sayt qərəzli şəkildə buna cavab olaraq, “məsələnin qəribə tərəfi odur ki, Nizami heç vaxt türkcə şeir yazmayıb, ancaq son illərdə onun türk dilində şeir yazdığı fikrini səsləndirirlər”, – deyə, iddia edib./ Azad İran

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …