Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran müşahidəçilərin nüvə təsisatlarında monitorinq məsələsinə mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terroru dəstəkləyən İran dünya ictimaiyyətini aldadıb nüvə silahı istehsal etməq məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəçilərini nüvə təsisatlarına buraxmır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bu təşkilatın İranın atom proqramına nəzarəti ilə bağlı problem yaratdığını və hazırkı vəziyyətin belə davam edə bilməyəcəyini bildirib.

Rafael Qrossi deyib ki, tezliklə İrana səfər edib rəsmilərlə üz-üzə danışmağa çalışacaq.

O, deyib ki, “əgər İran öz atom proqramını qeyri-hərbi və divil fəaliyyətlər üçün davam etdirmək istəsə, açıq şəkildə orada nə baş verdiyi ilə bağlı zəmanət verməlidir”.

Qrossi həmçinin deyib: “İranın müşahidəçiləri buraxmamaqla bağlı addımı bizim müfəttişlərimiz və monitorinq qrupumuza çətinlik yaradır. Biz bu məsəsləni diqqət altında saxlayırıq. Mən heç vaxt monitorinq qrupumu təhlükə qarşısında qoymayacağam”.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …