Cümə , İyun 26 2026
azfa

Azərbaycan Zəfər Günü paradını Şuşada keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan 8 Noyabr Zəfər Günü münasibətilə Şuşada hərbi parad keçirəcək. Bunu barədə şəhərin düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərənlərdən biri və Azərbaycan bayrağını ora sancan hərbçimiz, əslən şuşalı Səbuhi Abdullayev bildirib.

S.Abdullayev qeyd-şərtsiz Zəfər Gününü Şuşada qeyd edəcəyini vurğulayıb:

“Bununla bağlı mənə təklif gəldi, çox böyük məmnuniyyətlə, çox böyük qürurla paradda iştirak edəcəyəm. Zəfər Günü Ali  Baş Komandanla bir yerdə Şuşada olmaq xüsusi qürurdur”.

Azərbaycan hərbçisi deyib ki, 14 yaşında tərk eləmək məcburiyyətində qaldığı Şuşaya 26 il 8 aydan sonra qovuşub: “Şuşaya bayraq sancmaq əvəzsiz hiss idi. Şuşada doğulub, 14 yaşıma kimi orada yaşamışam. 26 il 8 aydan sonra ora qayıtdım və bayrağı sancdım. Bir il ötməsinə baxmayaraq, hələ də bu gözəl hislərin təsirindəyəm”.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …