Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran müxalifəti tirazların işıqlandırılmasında “Nə şah, nə şeyx” şüarlarını yaymaqdan imtina edir – Video

GADTB: Həmədanda etirazların davam etdiyi bir vaxtda, bəzi faşist meylli və mərkəzçi müxalifət cərəyanlarına bağlı media qurumları etirazçıların anti-istibdad şüarlarını işıqlandırmaqdan yayınıblar. Senzura edilən şüarlar arasında “Zalımimə ölüm olsun – istər şah, istər rəhbər” şüarı da yer alır. Bu şüarlar həm monarxik, həm də dini istibdadın açıq şəkildə rədd edildiyini ifadə edir.

Bu şüarların boykot edilməsi, özünü “müxalifət” adlandıran cərəyanlar arasında siyasi plüralizmin və demokratik tələblərin qəbuluna dair ciddi ziddiyyətlərin mövcudluğunu göstərir.

Müşahidəçilərin fikrincə, bu cür səriştəsiz cəhdlər yalnız ictimai nifrətin həmin cərəyanlara qarşı daha da artmasına səbəb olur.

Qeyd olunur ki, bu çevrələrin cavabını cümə axşamı gecə Həmədanda etirazlarda ön sırada yer alan mübariz qadınlar, xalqın içindən doğan real şüarla veriblər: “Zalimə ölüm olsun – istər şah, istər rəhbər.”

https://t.me/GADTB1/47577

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …