Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp molla rejimini təhdid etdi: Xalq atəşə tutulacağı təqdirdə ABŞ müdaxilə edəcək

GADTB: İranda davam edən etirazlar fonunda ABŞ Prezidenti xəbərdarlıq edərək bildirib ki, dinc etirazçılara atəş açılacağı və onların qətlə yetiriləcəyi halda ABŞ xalqın köməyinə gələcək.

Donald Tramp cümə günü səhər, 12 dey 1404-cü il tarixində “Truth Social” sosial şəbəkəsində yaydığı açıqlamada İslam Respublikası rəsmilərini birbaşa təhdid edərək yazıb:

“Əgər İran dinc etirazçılara atəş açsa və onları zorakılıqla öldürsə — ki, bu onların adətidir — Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək.”

ABŞ Prezidenti ölkəsinin tam hazır olduğunu vurğulayaraq əlavə edib: “Biz silahlıyıq və hərəkətə keçməyə hazırıq.”

Bu bəyanat İranın müxtəlif şəhərlərində davam edən iqtisadi və siyasi etirazların altıncı günündə səsləndirilib. İslam Respublikası rəsmiləri indiyədək etirazlar zamanı mümkün ölənlərlə bağlı dəqiq statistika açıqlamayıblar. Bununla belə, hakimiyyətə yaxın media orqanları azı bir neçə nəfərin həlak olduğunu bildirib.

Hüquq-müdafiə təşkilatları isə İslam Respublikasını etirazlar zamanı ölənlərin sayını gizlətməkdə və ya az göstərməkdə ittiham edirlər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …