Bazar , Dekabr 22 2024
azfa

İran nüvə danışıqlarına baxmayaraq 1700 metr yerin altında nüvə obyekti tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, nüvə danışıqları ilə dünya ictimaiyyətini aldadan İran 1700 metr yerin altında nüvə obyekti tikir.

İsrailin “Yeruselim post” qəzeti İranın yeni nəsil sentrifuqaları köçürmək məqsədi ilə Nətənzdə yeni yeraltı nüvə obyektini genişləndirdiyini yazıb.

Qəzet bunun reallaşacağı halda həmin məkanın göydən hədəf almağın çətin olacağını yazıb.

İsrailin Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri David Olbrayt bu haqda deyib: “Yeni mərkəz yerin dərinliklərində yerləşən Fordo nüvə obyektinə bənzəyir. Ancaq yeni obyekt  Fordo ilə müqayisədə yerin daha dərin qatlarında tikilir”.

Hesabatda Fordo obyektinin dəniz səviyyəsindən 960 metr hündürlükdə yerləşən dağın altında tikildiyi halda, yeni obyektin dəniz səviyyəsindən 1608 metr yüksəklikdə yerləşən yüksəkliyin altında inşa edildiyi qeyd olunub.

Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hesabatına görə, peyk görüntüləri İranın 2021-ci ilə qədər bölgədə genişmiqyaslı qazıntılar apardığını göstərsə də, yeni mərkəzin 2023-cü ilədək fəaliyyətə hazır olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil.

İsrail rəsmiləri mərkəzin tikintisi başa çatdıqdan sonra Tehranın nüvə proqramı üzrə avadanlıq və texnikaların yarısını bura köçürəcəyini bildirirlər. 

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …