Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Ermənilər Azərbaycanın Suqovuşandan Kəlbəcərə gedən karvanının qarşısını kəsdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Tərtər rayonunun hələ də qanunsuz erməni silahlı dəstələrinin fəaliyyət göstərdiyi ərazisindəki ermənilər Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan mülki və hərbi maşın karvanlarının qarşısını kəsiblər.

Bu barədə  Ermənistanın Times.am saytı  məlumat yayıb.

Erməni nəşri karvandakı azərbaycanlılardan birinin sosial şəbəkələrdə yaydığı video-görüntünü paylaşıb. Video-görüntüdən bəlli olur ki, ermənilər Azərbaycanın avtomobil karvanının qarşısını özlərinin çoxsaylı maşınları ilə kəsiblər.

Məlumatda deyilir ki,  guya Rusiyanın “sülhməramlı” sayılan  hərbi kontingentinin müdaxiləsi də nəticə verməyib. Və nəticədə  azərbaycanlılardan ibarət karvan yenidən başlanğıc nöqtəsinə, yəni Suqovuşana  qayıdıb.

Xatırladaq ki, bir müddət öncə Rusiya hərbçiləri separatçı-terrorçu rejimin qanunsuz “polis”inin Azərbaycanın mülki maşın karvanında yoxlanış aparmasına şərait yaratmışdı.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …