İran onlarla azərbaycanlını erməni xristianlarının müsəlman Azərbaycan ərazisinə təcavüzünə pislədiyinə görə həbs edib

İran onlarla azərbaycanlını erməni xristianlarının müsəlman Azərbaycan ərazisinə təcavüzünə pislədiyinə görə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və onlarla azərbaycanlı fəalı heç bir günahı olmadan həbsə atıb.

Antiislam İran rejimi keçirilən mitinqlərə divan tutaraq, müsəlmanlara xristianların təcavüzünü pisləyən azərbaycanlı fəalları yaxalayaraq Təbriz, Urmiya, Xoy və Tehran zindanlarına salıb.

İnsan haqları fəallarının bildirdiyinə görə erməni xristianlarının müsəlman Azərbaycan ərazisinə təcavüzünü pisləyən azərbaycanlılar vəhşicəsində işgəncə ediliblər.

Yeni əldə etdiyimiz məlumatlara görə iyulun 16-da Ermənistanın Tehrandakı səfirliyinin önündə Həmid Cabbarlıdan əlavə Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi də yaxalanıblar.

Həmid Cabbarlının Tehranın Evin həbsxanasına göndərilib və digər üç fəal isə mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu önündə tutulan türk fəallardan Məqsud Fəzlinin də adı bəlli olub. Yasəmin Zəfəri, Həkimə Əhmədi, Rəhim Sasaniyan, Sədullah Sasaniyan və Məqsud Fəzli Təbrizin mərkəzi həbsxanasına göndəriliblər. Rejim onlarla azərbaycanlı fəalı yaxalayıb və Təbrizdə yaxalananlardan beşi zəmanət qarşılğında zaminə buraxılıb.

Xoy şəhərindən isə Cavad Əhmədi Yekanlı həmin məsələ ilə bağlı polis idarəsinə çağrılaraq, məhkəməyə aparılıb və mülki vəsiqə qarşılı=ğında müvəqqəti zaminə buraxılıb.

Urmiyada yaxalanan azərbaycanlı fəallar Şiva Mücərrəd, Salar Tahir Əfşar və Fərid Xurşidinin şəhərin mərkəzi həbsxanasın köçürüldüyü bildirilir. Azərbaycanlı fəallar vəhşicəsinə işgəncə edilib.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edir.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın