Cümə axşamı , Sentyabr 17 2026
azfa

Trampdan kürd qruplarına sərt tənqid: “Kürdlər yalnız silah götürməyi bacarır”

GADTB: Donald Tramp bazar ertəsi İran və ölkə daxilindəki hökumət əleyhdarları barədə danışarkən kürd qruplarını da sərt şəkildə tənqid edib və dolayı yolla etirazların uğursuzluğuna onları cavabdeh göstərib.

Tramp bildirib ki, “İranda insanlar küçələrə çıxmaq istəyirdilər, amma silahları yox idi. Biz düşünürdük ki, kürdlər onlara silah çatdıracaq, lakin kürdlər bizi məyus etdilər. Kürdlər yalnız almağı bacarırlar.”

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton “bir qədər silah və sursat” göndərmişdi ki, bunlar İrandakı insanlara çatdırılsın, lakin kürd qrupları bunu etməyib və silahları “özlərində saxlayıblar”.

Tramp bu mövzuya daha əvvəl də Ağ Evdə jurnalistlərlə söhbəti zamanı toxunmuş və “az miqdarda” silah göndərildiyini, amma kürdlərin onları “çatdırmadığını” demişdi.

İranla son müharibənin ilk həftəsində silahlı kürd qruplarının İran ərazisinə daxil ola biləcəyi barədə xəbərlər yayılmışdı. Tramp əvvəlcə bu ideyanı dəstəkləsə də, sonradan geri çəkilərək belə demişdi:

“Biz kürdlərin müdaxilə etməsini istəmirik. Bildiyiniz kimi, bizim kürdlərlə çox dost münasibətlərimiz var, amma müharibənin daha da mürəkkəbləşməsini istəmirik. Mən bu variantı rədd etmişəm və kürdlərin prosesə daxil olmasını istəmirəm.”

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …