Cümə axşamı , Oktyabr 22 2026
azfa

İsrailin oktyabrın 7-dən əvvəl İrana hücum edəcəyi ehtimal olunur

GADTB: Beynəlxalq təhlükəsizlik və geosiyasi məsələlərlə bağlı təhlil və hesabatlar dərc edən “Global Security Review” internet saytı İsrailin sentyabr-oktyabr ayları ərzində, xüsusilə də oktyabrın 7-nə qədər İrana qarşı genişmiqyaslı hücum ehtimalının yüksək olduğunu bildirib.

Sayt İsrailin strateji maraqları, İranın müdafiə səfərbərliyi və baş nazir Benyamin Netanyahunun siyasi planlarının bu ehtimalı artırdığını vurğulayır.

Hesabatda yazılıb ki, İsrail indiki zamanı İranın daxili parçalanmasından istifadə etmək üçün ən əlverişli zaman hesab edir.

Təhlildə İsrailin hərbi strategiyasının çoxşaxəli olduğunu, hava və kiberhücumlarla İranın radar sistemlərini sıradan çıxarmaq, komandanlıq və nəzarəti zəiflətmək, eləcə də ballistik raketləri erkən mərhələdə neytrallaşdırmaq məqsədi daşıdığı qeyd olunur.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …