GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi polis gücünə fars dilini əhaliyə zorla qəbul etdirməyi qərara alıb.
İranın Mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili fars dilini guya qorumaq üçün polisin xidmətindən istifadə ediləcəyini bildirib.
Martın 7-də Fars Dili Akademiyasının rəisi Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən Fars Dilini Müdafiə Koordinasiya Şurasının toplantısında bu barədə açıqlama verib.
O deyib: “İş yerlərinin lövhələrində xəbərdarlıqlara önəm verilmədiyi təqdirdə fars dili və ədəbiyatının qorunması üçün polis qüvvələrinin potensialindən istifadə ediləcək”.
Məhəmməd Mehdi İsmaili deyib ki, İranın rəhbəri Əli Xamneyinin göstərişinə əsasən polisin imkanlarından istifadə edilərək fars dilinin inkişafna nail olunacaq və “fars dilini yaxın 50 ildə dünyanın elmi dili” kimi tanınacaq.
İsmaili həmçinin deyib: “Bu məsələ həm də prezidentin şəxsi qayğılarından biridir. Mədəniyyət və İslami İrşad Nazirliyi, Radio və Televiziya Təşkilatı, bələdiyyə və polis fars dilinin qorunmasında dörd ən mühüm qurumlar sayılır və başqa sahələrin, o cümlədən Sənaye, Mədən və Ticarət Nazirliyinin rolu da bu məsələdə önəmlidir. Bu baxımdan fars dilinin qorunması sahəsində müxtəlif dövlət qurumları ilə faydalı qarşılıqlı əlaqələrimiz var”.
O, bununla yanaşı Mətbuata Nəzarət Şurası, Teatr Şurası, Ssenari Lisenziyalaşdırma Şurası, kitab çapı və digər qurumlar qarşısında da fars dilinin qorunması bir vəzifə kimi önə çəkildiyini deyib.
Qeyd edək ki, İranın irqçi fars rejimi qeyri-farsların dilini qadağan edib və zor gücünə fars dini qəbul etdirməklə qeyri-farsları assimilyasiyaya uğradıb farslaşdırmağı qarşıya məqsəd qoyub.