Çərşənbə , Noyabr 11 2026
azfa

İran pulunun adını türk dövlətlərinin istifadə etdiyi qıran və tümənə dəyişdi

GADTB: İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq verib və ölkənin rəsmi valyutası bundan sonra türk dövlətlərinin istifadə etdiyi “tümən” və “qıran” olacaq.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu barədə deyib: “Bu planın həyata keçirilməsi keçid dövrü ilə müşayiət olunacaq, xalq və bazar dəyişikliklərə alışa bilsin deyə, bir müddət tümən və rial eyni vaxtda dövriyyədə olacaq”.

Onun sözlərinə görə, bu məsələ 2008-ci ildən gündəmdədir və müxtəlif hökumətlərdə və parlamentlərdə nəzərdən keçirilib.

Hökumət sözçüsü əlavə təfərrüatları açıqlamasa da, bu qərarın xroniki inflyasiyanın yaratdığı problemləri azaltmaq, mübadilələri sadələşdirmək və gündəlik əməliyyatlarda rəqəmlərin həcmini azaltmaq məqsədi daşıdığı deyib. Lakin bir çox ekspertlər və parlamentarilər bu siyasətin effektivliyinə şübhə ilə yanaşırlar.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …